Ankarada Xocalı Soyqırımı meydanında anım tədbiri keçirilib - FOTO

Ankarada Xocalı Soyqırımı meydanında anım tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 28 fevral 2015 01:30 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, açıq havada həyata keçirilən geniş tərkibli tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb, ilk olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəkin erməni vəhşiliyini pisləyən mesajı oxunub.

Ardından, Keçiören rayon bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Səfirliyin müşaviri Ceyhun Zeynalov, millət vəkilləri Qənirə Paşayeva və Elman Məmmədov, Xocalı şəhəri sakini Ramiz Qəhramanov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Haluk İpək və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar çıxış ediblər. Çıxışlar müddətində, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının miqyası və təsirinin gündən-günə genişləndiyi, Xocalıda törədilən cinayətin bir daha dünyanın heç bir yerində yaşanmaması üçün günahsız insanlara qarşı soyqırımı törədən erməni faşistlərinin cəzalarını çəkmələri və ermənilərin qondarma soyqırımı yalanları əsasında Türkiyəni ittiham edən dairələrin 23 il əvvəl törədilən əsl soyqırımına göz yumduğuna dair məqamlar vurğulanıb. Tədbirdə, səfirliyin əməkdaşları, Ankarada təhsil alan tələbələr, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı çox sayda KİV nümayəndələri və Keçiören rayon sakinləri iştirak ediblər.

Səfirlik tərəfindən eyni gün ərzində Türkiyənin nüfuzlu universitetlərindən biri olan Qazi universiteti və səfirliyin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı "Soyqırımın unudulmayan adı: Xocalı" sərlövhəli geniştərkibli anım tədbiri keçirilib. Tədbirdə Qazi Universitetinin incəsənət fakültəsinin Xocalı soyqırımı ilə bağlı yaratdığı www.ermenizulmu.com saytı haqqında video slaydının nümayişi həyata keçirilib. Ardından, həmin fakültə və səfirlik tərəfindən Xocalı soyqırımı ilə bağlı təşkil olunan və 12 ölkədən 154 əsərin sərgiləndiyi “Hər kəs yuxudaykən Anadoludan Qafqazadək erməni zülmü” adlı beynəlxalq afişa müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR