Bakıda meyiti tapılan şəxsin avtomobillə vurulduğu məlum olub

Bakıda meyiti tapılan şəxsin avtomobillə vurulduğu məlum olub
# 20 iyun 2016 10:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda meyiti tapılan naməlum kişinin avtomobillə vurulduğu məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində 45-50 yaşlı kişinin “TOFAŞ” markalı avtomobillə vurulduğu müəyyən edilib və avtomobilin sürücüsü, Göyçay rayon sakini Aqil Yusifov saxlanılıb.

Qeyd edək ki, iyunun 18-də Sarayevo küçəsində 40-45 yaşlı naməlum kişi meyiti aşkar edilib. Ölən şəxsin üzərindən hər-hansı sənəd çıxmadığı üçün onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

APA ölən şəxsin fotosunu əldə edib. Onu tanıyanlardan (077) 271 16 17 nömrəli telefona məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR