Rusiyanın yerli televiziyalarının birində Azərbaycanla bağlı silsilə verilişlərə start verilib

Rusiyanın yerli televiziyalarının birində Azərbaycanla bağlı silsilə verilişlərə start verilib
# 10 avqust 2015 12:50 (UTC +04:00)

Rusiyada “Araz” Azərbaycan Milli Mədəni İcmasının sədri Məhəmməd Əsgərov APA-ya bildirib ki, artıq ilk veriliş yayımlanıb. Bununla bağlı televiziyanın çəkiliş qrupunun diasporun dəstəyi ilə iyun ayında Azərbaycanda səfərdə olduğunu və ölkənin tarixi, mədəni və turistik yerlərində çəkiliş apardığını deyən M. Əsgərov bildirib ki, ilk veriliş Bakı-2015 I Avropa Oyunları ilə bağlı olub. Verilişdə oyunların keçirilməsindən, dünyanın bu oyunlara marağından və Azərbaycanın yüksək təşkilatçılığından bəhs edilib. Növbəti verilişlər isə Azərbaycanın turizm bölgələri, mədəni və tarixi məkanları ilə bağlı olacaq.

https://www.youtube.com/watch?v=XxJ7692aOWY

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR