"Qraparak" qəzeti: Ermənistanda hepatit-B xəstəliyinə yoluxmuş insanlar hərbi xidmətə çağırılır

"Qraparak" qəzeti: Ermənistanda hepatit-B xəstəliyinə yoluxmuş insanlar hərbi xidmətə çağırılır
# 27 may 2015 09:45 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ermənistanın "Qraparak" qəzetində yer alan məqalədə deyilir.

Ermənistan Tibb İnstitutunun professoru Lüdoviq Nanidjanyan bu cür halların qarşısının alınması üçün qanuna müvafiq dəyişikliklərin edilməsini vacibliyini vurğulayıb. O bildirib ki, hərbi xidmət keçən bu cür xəstələrin pəhrizə əməl etməməsi ciddi fəsadlara yol aça, qaraciyər serrozuna gətirib çıxara bilər.

Qeyd edək ki, Azərbaycanda hepatit-B və hepatit-C-yə yoluxmuş insanlar hərbi xidmətə çağırılmır. Hepatit-A xəstələri isə yalnız müalicədən sonra hərbi xidmətə çağırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR