İsmayıllıda 12 yaşlı qızı sel aparıb, 78 yaşlı qadın selin dağıtdığı evin altında qalaraq xəsarət alıb

İsmayıllıda 12 yaşlı qızı sel aparıb, 78 yaşlı qadın selin dağıtdığı evin altında qalaraq xəsarət alıb
# 12 iyun 2016 22:21 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov-APA. İyunun 12-də İsmayıllı rayonuna yağan güclü leysan yağışı nəticəsində yaranan sel suları kəndlərə ciddi ziyan vurub, iki nəfər ağır xəsarət alıb.


APA-nın yerli bürosunun xəbərinə görə dağlardan gələn sel suları evləri, küçələri, həyətyanı sahələri basıb, 10-dan çox kənddə böyük fəsadlar törədib. Rayonun Çayqovuşan kənd sakini 2004- cu il təvəllüdlü Sadıqova Səbinə Samir qızını sel aparıb. O, yaşadığı evin yaxınlığından keçən Göyçay çayının üzərindəki piyada körpüsündən keçərkən palçıq səbəbindən ayağı sürüşərək çaya düşüb. Kənd sakinləri çaya düşdüyü yerdən 100 metr aralıda ağaca ilişərək suda qalan 12 yaşlı qızın həyatını xilas ediblər. Təxminən 20 dəqiqə suda qalan Səbinə Sadıqova İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda reanimasiya şöbəsində olan S. Sadıqovanın vəziyyəti ağır olaraq qalır.

Sel suları həmçinin Quşencə kənd sakini 1938-ci il təvəllüdlü Mustafayeva Maya Muradxan qızına məxsus fərdi yaşayış evini dağıdıb. Maya Mustafayeva qəflətən dağılan evin damının altında qalaraq ağır xəsarət alıb. O, təcili və təxirəsalınmaz tibbi yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilib, hazırda müalicə olunur.



Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR