Bakıda daha iki avtoxuliqan həbs edilib

Bakıda daha iki avtoxuliqan həbs edilib
# 16 mart 2015 09:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda daha iki avtoxuliqan barəsində həbs qərarı çıxarılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 11-də Bakı şəhər sakinləri Nicat Qələndərov idarə etdiyi “VAZ-2101”, Araz Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar.

Xəzər Rayon Məhkəməsi tərəfindən onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR