Nazir: “Hərbi xidmətdən möhlət hüququ elm və təhsil üçün əlamətdar hadisədir”

Nazir: “Hərbi xidmətdən möhlət hüququ elm və təhsil üçün əlamətdar hadisədir”
# 22 iyun 2016 10:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanunun qüvvəyə minməsi elm və təhsil sahəsi üçün əlamətdar hadisədir”.

APA-nın xəbərinə görə, bunu deyən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu, Azərbaycan təhsili və elminin gələcəyinə qoyulan sərmayə inkişafımızın insan kapitalı ilə bağlı olmasının təzahürüdür.


"Azərbaycan gənci bu sərmayədən elmi dünyagörüşü, inkişafın lokomotivi olmaq enerjisi ilə faydalana biləcək. Ölkəsinin gücünə güc qatmaq üçün təhsildən, elmdən bərk tutacaq, elmi nailiyyətlərə yiyələnmək üçün təhsilinin fasiləsizliyindən yararlana biləcək. Prezidentin imzası ilə təsdiq olunan bu fərmanın müstəsna əhəmiyyəti var. Gənclərin elmə daha geniş cəlb olunmasına imkan yaradılması ilə yanaşı, fərmanın sosial mahiyyəti ondan ibarətdir ki, elmimizin inkişafında bir çox cəhətdən əngələ çevrilən yaş, cins bərabərliyinin bərpa olunması üçün yeni reallıq yaranacaq”, - deyə o vurğulayıb.

Təhsil nazirinin sözlərinə görə, ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri də innovativ layihələrin həyata keçirilməsi üçün şərait və mühitin yaradılmasıdır: “Bizneslə elmi ixtiraların görüş nöqtəsi üçün ən münbit və müvafiq yer məhz universitet olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR