İlin əvvəlindən Naxçıvan əhalisinə 19 mln. manat kredit verilib

İlin əvvəlindən Naxçıvan əhalisinə 19 mln. manat kredit verilib
# 22 iyun 2016 10:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə

18 mln. 656,4 min manat məbləğində kredit verilib.

Bu barədə “APA-Economics”ə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bu, 2015-ci ilin eyni dövrünə nisbətən 1,9 dəfə azdır. Başqa sözlə, 2015-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 36 mln. 252,1 min manat məbləğində kreditlər verilib.

1 iyun 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 57355-ə çatıb ki, bunun da 51429-u və ya 89,7%-i aktiv hesablardır. 2016-cı ilin yanvar-may aylarında açılmış 8998 bank hesabının hamısı aktiv hesablar olub. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 iyun 2016-cı il tarixə 1147-yə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR