Yanvarda SOCAR qaz hasilatını 17% azaldıb

Yanvarda SOCAR qaz hasilatını 17% azaldıb
# 25 fevral 2015 11:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 570,2 min kubmetr qaz hasil edilib.

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 17,5% azdır.

Ötən ilin dekabr ayı ilə müqayisədə isə SOCAR qaz hasilatını 0,22% azdır.

Ümumilikdə, bu ilin yanvar ayında bütün ölkə üzrə 2 496 min kubmetr qaz hasil edilib ki, bu da 2013-cü ilin eyni ayı ilə müqayisədə 7,21% azdır. Ötən ilin dekabr ayı ilə müqayisədə isə bu rəqəm 9,65% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR