"Dini motivlər əsasında şeirlər” müsabiqəsi elan edilib

"Dini motivlər əsasında şeirlər” müsabiqəsi elan edilib
# 06 iyun 2016 13:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini motivlər əsasında şeirlər” müsabiqəsi elan edib. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə səmavi kitabların gənclər arasında düzgün təbliğinə, müqəddəs kitablardan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.

Təqdim edilən şeirlərin ideyası səmavi kitabların motivləri əsasında yazılmalıdır. Hər bir şəxs yalnız bir şeir təqdim edə bilər. Şeirlər elektron formada müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə Azərbaycan Yaradıclıq Fondunun [email protected] elektron ünvanına göndərilməlidir.

İyul ayının 6-ı şeirlərin qəbulu üçün son gündür.

Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə üç əsas mükafat nəzərdə tutulub. Birinci yer üçün 500, ikinci yer üçün 300, üçüncü yer üçün 200 manat ayrılıb.

Müsabiqəyə təqdim edilən bütün şeirlər antologiya kimi dərc ediləcək. Nəşr edilmiş antologiya respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR