Əhməd Davudoğlu: "Türkiyə kürd probleminin həllində yeni mərhələyə qədəm qoyub"

Əhməd Davudoğlu: "Türkiyə kürd probleminin həllində yeni mərhələyə  qədəm qoyub"
# 01 mart 2015 00:21 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün ömürlük həbs cəzasına məhkum olunmuş PKK lideri Abdullah Öcalanın tərəfdarlarına mübarizəni dayandıraraq nizamlanmaya dair konqres keçirmək çağırışını şərh edərkən Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Silah və güc dilində danışmağın artıq sonu çatıb, demokratik siyasətə yol açıqdır, dinc yolla nizamlanma prosesi yeni mərhələyə qədəm qoyub”, deyə Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının gənclər təşkilatının konqresində çıxışı zamanı qeyd edib. O əlavə edib ki, Türkiyə vətəndaşları arasında nifaq toxumu səpmək məqsədi ilə əhalinin türklərə, kürdlərə, ələvilərə və sünnilərə ayırmaq cəhdlərinə yol verilməyəcək.

Qeyd edək ki, 40 mindən çox insanın həyatına son qoymuş 35 illik münaqişənin nizamlanması məqsədi ilə Türkiyə hakimiyyəti 2012-ci ilin oktyabrında ömürlük həbs cəzasına məhkum olunmuş PKK lideri Abdullah Öcalan ilə danışıqlara başlayıb. Tərəflər üzərilərinə öhdəliklər götürərək münaqişənin həlli ilə bağlı “yol xəritəsi” hazırlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR