Los Ancelesdə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib - FOTOSESSİYA

Los Ancelesdə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib - <span style="color: red;">FOTOSESSİYA
# 08 may 2015 07:29 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Los Anceles şəhərində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, konsulluqda keçirilən tədbirdə Los Anceles vilayəti rəsmiləri, xarici diplomatlar, Azərbaycan diasporu və müxtəlif icmaların fəalları və yerli KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən baş konsul Nəsimi Ağayev Heydər Əliyevin həyat yolundan və Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb. Baş konsul Heydər Əliyevin daxili və xarici siyasətinin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini bildirib.

Sonra Los Ancelesin nüfuzlu kardioloq həkimlərindən olan, tanınmış UCLA universitetinin professoru İzhar Xaruzi Azərbaycan haqqında fikirlərini bölüşüb. Azərbaycana etdiyi səfərdən danışan natiq, ölkəmizin inkişafının onda ən müsbət təəssüratlar yaratdığını, xüsusilə müxtəlif dini etiqadlara dövlət səviyyəsində göstərilən qayğının nümunəvi olduğunu bildirib.

Azərbaycan icmasının fəallarından Piruz Xanlı isə Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR