Səhiyyə Nazirliyi Bakıdakı binada baş verən yanğınla bağlı növbəti məlumat yayıb

Səhiyyə Nazirliyi Bakıdakı binada baş verən yanğınla bağlı növbəti məlumat yayıb
# 19 may 2015 12:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi Bakıdakı binada baş verən yanğın hadisəsi ilə bağlı növbəti rəsmi məlumat yayıb. APA-nın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 15:30-a olan son məlumatlara əsasən, 64 nəfər yaralı təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

Onlardan 30-u 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

İndiyə qədər olan son məlumatlara əsasən, ölənlərin sayı 15 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR