XİN: Fransadakı terrorda ölən və yaralananlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

XİN: Fransadakı terrorda ölən və yaralananlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
# 14 noyabr 2015 07:08 (UTC +04:00)

Bakı – APA. Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransanın Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır.

Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

H. Hacıyev bildirib ki, hazırda Fransada olan Azərbaycan vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR