Nərimanov rayon İcra Hakimiyyəti mətbuatın 140 illik yubileyi münasibətilə tədbir keçirib - FOTOSESSİYA

Nərimanov rayon İcra Hakimiyyəti mətbuatın 140 illik yubileyi münasibətilə tədbir keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 21 iyul 2015 14:18 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov Azərbaycanın mətbuatının 140 illik yubileyi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamı xatırladıb və sərəncam çərçivəsində Nərimanov rayon İcra Hakimiyyətinin mətbuatının 140 illik yubileyi ilə bağlı tədbir keçirməyə qərar verdiyini söyləyib.

Ş. İbadov deyib ki, rayon İcra Hakimiyyəti media ilə sıx əlaqə qurub, daim əməkdaşlıq edilir, media rayon ərazisində müəyyən problemlərin üzə çıxmasında yardımçı olur.

20 saylı Nərimanov İkinci Seçki Dairəsindən deputat seçilmiş Adil Əliyev media nümayəndələrini yubiley münasibəti ilə təbrik edib. Media ilə məmurlar və millət vəkilləri arasında sıx əməkdaşlığı vacib sayan A. Əliyev Azərbaycan prezidenti İlham Əliyev tərəfindən jurnalistlərin əməyinin qiymətləndirildiyini qeyd edib: “Azərbaycanda jurnalistlərə ev, fəxri adlar verilir. Belə müsbət addımlar medianın inkişafına stimul verir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli 1998-ci ildə media üzərində senzuranın aradan qaldırıldığını və medianın tam müstəqil olaraq fəaliyyətə başladığını vurğulayıb. Mediaya dövlət dəstəyindən söz açan, indiyə qədər KİVDF tərəfindən mediaya 20 milyon manatdan çox dəstək verildiyini nəzərə çatdıran V. Səfərli dövlət dəstəyinin əsas istiqamətlərindən birinin də jurnalistlərin peşəkarlığının artırılması olduğunu qeyd edib.

Azərbaycan mətbuatının tarixindən danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bu gün Azərbaycan prezidenti İlham Əliyevin Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdüyünü bildirib: “Görüşdə də qeyd edildiyi kimi, mətbuatın gələcək inkişafında əsas meyarlardan biri internet medianın inkişafı, Azərbaycanda xarici dilə yiyələnmiş jurnalistlərin artması və daha çox xarici dildə saytların fəaliyyət göstərməsidir”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə medianın tarixinə toxunub.

Görüşdə çıxış edən “APA Holding”-in rəhbəri Vüsalə Mahirqızı internet medianın inkişaf perspektivlərindən bəhs edib. V. Mahirqızı Nərimanov rayon İcra Hakimiyyətinin media ilə sıx əməkdaşlıq etməsini təqdir edib: “Çünki medianın əsas funksiyalarından biri vətəndaşın əli çatmadığı məmurlarla, nöqtələrlə vətəndaş arasında körpü rolunu oynamaqdır. Bu məqamda mediadan peşəkarlıq, operativlik və obyektivlik, məmurlardan isə sadəcə, öz işlərinə məsuliyyətlə yanaşaraq sorğulara cavab vermək tələb olunur. Nərimanov rayon İcra Hakimiyyəti bu istiqamətdə uğurlu nümunələrdən biri sayıla bilər, bu əməkdaşlıq üçün təşəkkür edirəm”.

Daha sonra Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən bəzi jurnalistlər mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR