ARDNŞ prezidenti Astarada təbii qazın verilişi mərasimində iştirak edib - FOTO

ARDNŞ prezidenti Astarada təbii qazın verilişi mərasimində iştirak edib -<span style="color: red;"> FOTO
# 22 mart 2015 16:41 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Astara rayonunun Telman kəndinə təbii qaz verilişi mərasimində iştirak edib.

APA-nın cənub bürosunun məlumatına görə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışlarında ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada aparılan abadlıq və quruculuq işlərindən danışıblar. R. Abdullayev deyib ki, bu il Astaranın daha 3 kəndinə təbii qazın verilişi təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR