Bakıda tullantıların idarə edilməsi sahəsində elmi proqram keçirilib - FOTO

Bakıda tullantıların idarə edilməsi sahəsində elmi proqram keçirilib - <span style="color: red;">FOTO
# 13 mart 2015 09:06 (UTC +04:00)

Bakı - APA-Economics. Bakıda “Tullantıların idarə olunması: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər” mövzusunda elmi proqram başa çatıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ekologiya üzrə İşçi Qrupunun təşəbbüsü ilə keçirilmiş proqram çərçivəsində ilk seminar “Təmiz Şəhər” ASC tərəfindən təşkil edilib.

"Təmiz Şəhər" ASC-nin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, seminarda iştirak etmək üçün 258 nəfər qeydiyyatdan keçmiş, onlardan 38 nəfəri iştirak hüququ qazanıb.

Seminarda çıxış edən “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdir müavini Səbuhi Babayev tullantılardan düzgün istifadə üzrə Azərbaycan və xarici ölkələrin təcrübəsi, texnologiyalar, tullantıların çeşidlənməsinin əhəmiyyəti və nəticələri, ölkəmizdə mövcud təcrübə və gözləntilər haqqında məlumat verib.

Elmi proqramın növbəti mərhələsi praktiki məşğələlər şəklində təşkil edilib. Məşğələlər zamanı tələbələrə Xəzər rayonunun Şüvəlan, Mərdəkan, Şağan, Binə və Buzovna qəsəbələrində formalaşan tullantıların həcmini, tərkibini müəyyənləşdirərək utilizasiya olunması üçün tədbirlər planının hazırlanması tapşırılıb. İştirakçılar hər komandada yeddi nəfər olmaqla beş komandaya bölünmüş və bu qəsəbələrə baş çəkərək ərazinin ekoloji problemlərini əyani şəkildə öyrənib, əraziləri araşdıraraq tullantıların idarə olunması və utilizasiya ideyalarını əks etdirən təqdimatlar hazırlayıblar.

Proqramın son günü isə iştirakçılar Balaxanı qəsəbəsində yerləşən “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarında olublar. Zavodlara ekskursiya zamanı iştirakçılar proqram ərzində əldə etdikləri məlumatları əyani şəkildə görmüş, müasir texnologiyalarla təchiz edilmiş zavodla yaxından tanış olub.

Ekskursiyanın sonunda "workshop"da qalib olan komanda üzvləri diplomla, layihənin hər 3 günündə iştirak etmiş iştirakçılar isə sertifikatla təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR