Poroşenko və Merkel Donbasdakı vəziyyəti müzakirə ediblər

Poroşenko və Merkel Donbasdakı vəziyyəti müzakirə ediblər
# 28 aprel 2015 00:03 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Petr Poroşenko və Almaniya kansleri Anqela Merkel arasında növbəti telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.

“Poroşenko və Merkel Minsk razılaşmalarının tam şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıblar, təmas qrupu və ATƏT-in xüsusi monitorinq missiyasının fəaliyyətinə toxunublar. Qeyd olunub ki, Donbasda atəşkəsin pozulması yolverilməzdir. Həmçinin, iki ölkə lideri Ukrayna-Avropa İttifaqı münasibətləri və Latviyanın paytaxtı Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə hazırlığı müzakirə ediblər”, açıqlamada bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR