Derek Hoqan: “Hakimlər ədalətin təmin olunması üçün daim hüquq sahəsindəki dəyişikliklərdən agah olmalıdırlar”

Derek Hoqan: “Hakimlər ədalətin təmin olunması üçün daim hüquq sahəsindəki dəyişikliklərdən agah olmalıdırlar”
# 31 mart 2015 14:11 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Azərbaycan hakimləri üçün “ABŞ Cinayət Məhkəməsi Sistemi” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, ABŞ konstitusiyasının yaradılmasından 200 il keçsə də, hüquq ekspertləri və yerli vətəndaşlar onu təkmilləşən sənəd hesab edirlər: “Birləşmiş Ştatlarda, eləcə də qanunun aliliyi hökm sürən digər hər hansı ölkədə konstitusiya və müəyyən qanunlar daim yeni reallıqlara uyğunlaşdırılır, yeni qanunlar tətbiq olunur. Məhz buna görə hakimlər və hüquqşünaslar ədalətin təmin olunması naminə hər zaman hüquq sahəsindəki dəyişikliklər barədə agah olmalıdırlar. Bundan əlavə müxtəlif hüquq sistemlərinin təmsilçiləri arasında təcrübənin və fikirlərin paylaşması da hüquqi təhsili zənginləşdirir”.

D. Hoqan bildirib ki, yüksən təhsilə malik hakim daha müstəqildir: “Müstəqil hakimlərin mövcudluğu öz növbəsində vətəndaşların hüquqlarına zəmanət verən qanunun aliliyini dəstəkləyir. Müstəqil məhkəmə sisteminin konstitusiyanın əsas amili olan dövlətdə vətəndaşlar hər hansı qrup və ya şəxsi zəmində deyil, məhz qanun zəminində mühakimə olunurlar. Birləşmiş Ştatlar ümid edir ki, bu seminar dövlətlərimiz arasında olan davamlı mübadilələrin ilk tədbiri olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR