Kiyevdə gənc qızı zorlamaqda ittiham olunan azərbaycanlı intihar edib

Kiyevdə gənc qızı zorlamaqda ittiham olunan azərbaycanlı intihar edib
# 01 aprel 2015 11:34 (UTC +04:00)

APA-nın “Rbc.ua” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə Baş İdarənin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

32 yaşlı həmyerlimiz idarəyə aparılarkən polis avtomobilində özünə qəsd edib. Təcili tibbi yardım xidmətinin çağırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, martın 30-da 32 yaşlı azərbaycanlı Kiyevdə gənc qızı zorlayıb və onu qarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR