Biləsuvar sakini qeyri-rəsmi nikahda olduğu qadını bıçaqlayıb

Biləsuvar sakini qeyri-rəsmi nikahda olduğu qadını bıçaqlayıb
# 16 mart 2015 10:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 15-də Biləsuvar rayon sakini Elmar Hümmətli Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində kirayədə yaşadığı evdə qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Gəncə şəhər sakini Leyla Əliyevaya bıçaqla xəsarət yetirib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Hümmətli tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR