Ölkə üzrə quraşdırılan bankomatların 60%-ə yaxını Bakının payına düşür

Ölkə üzrə quraşdırılan bankomatların 60%-ə yaxını Bakının payına düşür
# 04 mart 2015 13:03 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 2015-ci il fevralın 1-nə 2 618 ədəd bankomat quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ayla müqayisədə 10 ədəd və ya 0,38% çoxdur, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 201 ədəd və ya 8,32% çoxdur.

Cari ilin fevralın 1-nə bankomatların 1 480-i (keçən ilə nəzərən 8,98% artımla) Bakı şəhərində, 1 138-i (keçən ilə nəzərən 7,46% artımla) isə digər şəhər və rayonlarda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR