Bu gün Bakının dörd rayonunda qaz təchizatı məhdudlaşdırılacaq

Bu gün Bakının dörd rayonunda qaz təchizatı məhdudlaşdırılacaq
# 22 iyun 2016 07:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı şəhəri Sabunçu, Binəqədi, Səbail və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyunun 22-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Səbail rayonunun Bayıl, Badamdar və 20-ci sahə yaşayış massivində, həmçinin Nərimanov rayonunun Azadlıq və Atatürk prospektlərində, Ə. Əliyev, C. Hacibəyli, T. Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR