Azərbaycanda elektron ticarət dövriyyəsi 1,7 dəfə artıb

Azərbaycanda elektron ticarət dövriyyəsi 1,7 dəfə artıb
# 14 aprel 2015 09:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 5,8 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6% çox əmtəə satılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılmış istehlak mallarının 50,2%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2,9% bəndi artıb.

Bu ilin ilk üç ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-mart aylarına nisbətən 1,7 dəfə artaraq 2 720,0 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,7%-ni hüquqi şəxslərin, 7,3%-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,3%-ni qeyri-ərzaq malları təşkil edib.

Bu ilin yanvar-mart aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,4% artaraq 219,9 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 93,6 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 126,3 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR