Bakıda qeyri-rəsmi nikah münasibətində olduğu qadını qətlə yetirən kişi tutulub

Bakıda qeyri-rəsmi nikah münasibətində olduğu qadını qətlə yetirən kişi tutulub
# 29 aprel 2015 11:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda 10 gün əvvəl qətl törədən kişi həbs edilib.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1978-ci il təvəllüdlü Elnur Bayram oğlu İsmayılov Şabran rayonu ərazisində saxlanılıb.

Qeyd edək ki, məlum hadisə 10 gün əvvəl Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi, ev 12 ünvanında baş verib. 1967-ci il təvəllüdlü Çiçək Mayıl qızı Alıyevanın qətlə yetirilmiş meyiti tapılıb. Araşdırmalar nəticəsində onu qeyri-rəsmi nikah münasibətlərində olduğu, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Bayram oğlu İsmayılov tərəfindən boğularaq qətlə yetirildiyi müəyyənləşib.

Həmin faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR