Rusiya PUA-larının Moldova hava məkanına daxil olması planlaşdırılmış aksiyalardır.
“RBK-Ukraina” xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri komandanının müavini Yuri Çerevaşenko Ukrayna Ali Radasının müvəqqəti istintaq komissiyasının iclasında bildirib.
“Bunlar planlaşdırılmış aksiyalardır. Ola bilsin ki, 2-3 faizi radioelektron mübarizənin təsirinə məruz qalıb. Lakin Qara dənizdə retranslyatorların yaxşı əhatəsini təşkil edə bilərlər. Buna görə də bunlar planlaşdırılmış aksiyalardır”, – Çerevaşenko deyib.
O, həmçinin Belarus ərazisində Rusiya PUA-larının idarə olunmasını asanlaşdıran retranslyator infrastrukturunun fəaliyyət göstərdiyini qeyd edib.