Bank Of Baku

Ukraynalı dron mütəxəssisləri Latviyada NATO hərbçilərinə təlim keçib

Ukraynalı dron mütəxəssisləri Latviyada NATO hərbçilərinə təlim keçib
# 26 avqust 2026 20:14 (UTC +04:00)

Ukrayna-NATO Birgə Təhlil, Təlim və Təhsil Mərkəzinin (JATEC) ukraynalı ekspertləri dron hücumlarının qarşısının alınması ilə bağlı NATO mütəxəssislərinə məsləhətlər veriblər. Bu, yaxın zamanda Latviyada keçirilən NATO təlimləri zamanı baş verib.

Bu barədə "RBK-Ukrayna" Ukrayna Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"LCI-X 3-26 Execution" NATO-nun pilotsuz uçuş aparatlarına qarşı mübarizə üzrə həllərin sınaqdan keçirilməsi və inteqrasiyasına yönəlmiş təlimlərinin üçüncü mərhələsidir. Təlimlər NATO-nun şərq cinahının müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Tədbirlərdə NATO-ya üzv 25 ölkə və Ukraynadan hərbçilər də daxil olmaqla, ümumilikdə 1000-dən çox mütəxəssis iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR