Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 16 mindən çox şəxsi işlə təmin edib

Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 16 mindən çox şəxsi işlə təmin edib
# 18 avqust 2015 11:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) cari ilin yanvar-iyul aylarında 16 138 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlərlə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 445 nəfəri kvota üzrə müəyyən edilən iş yerləri ilə təmin olunublar.

Bu dövrdə DMX tərəfindən 1903 nəfər şəxs dərzi, kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər. Həmin şəxslərin 1 159 nəfəri xidmətin Bakı, Naxçıvan və Göyçay şəhərlərindəki Regional Peşə Tədris Mərkəzlərində, digərləri ayrı-ayrı müvafiq tədris bazalarında peşə təlimi keçib. Xidmətin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb etdiyi şəxslərdən 200 nəfərə yaxını əlilliyi olan insanlardan, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərdən, internat məktəblərini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olan gənclərdən ibarət olub.

Qeyd olunanlarla yanaşı, yanvar-iyul aylarında DMX tərəfindən 760 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 60 860 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR