Azərbaycanla Malta neft-qaz hasilatı və kəşfiyyatı sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla Malta neft-qaz hasilatı və kəşfiyyatı sahəsində əməkdaşlıq edəcək
# 16 dekabr 2014 10:11 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan və Malta arasında karbohidrogen ehtiyatlarının hasilatı və kəşfiyyatı sahəsində əməkdaşlıq barədə saziş imzalanıb.

APA-Economics” Malta hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq sənədi Malta nümayəndə heyətinin Bakıya rəsmi səfəri çərçivəsində bu ölkənin energetika və səhiyyə Konrad Mitsi və Azərbaycanın energetika naziri Natiq Əliyev imzalayıb.

“Sənədə əsasən, tərəflər neft və qazın hasilatı və kəşfiyyatı, o cümlədən Aralıq dənizində neft və enerji məhsullarının satışı, yeni infrastrukturun yaradılması, LNG xidmətləri və s. sahələrdə əməkdaşlıq edəcək”, - deyə məlumatda qeyd olunur.

Layihələrin reallaşdırılmasını Azərbaycan Dövlət Neft Şirkəti və Maltanın Energetika və Səhiyyə Nazirliyi həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR