Tovuzda xəstəxanaya kimliyi məlum olmayan şəxsin meyiti aparılıb

Tovuzda xəstəxanaya kimliyi məlum olmayan şəxsin meyiti aparılıb
# 07 noyabr 2015 08:32 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda kimliyi məlum olmayan meyit tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, noyabrın 6-da axşam saatlarında Tovuz Mərkəzi Rayon Xəstəxanasına kimliyi məlum olmayan təxminən 40-45 yaşlarında olan kişi meyiti gətirilib. Bildirilib ki, meyit Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisində aşkarlanıb. Naməlum şəxsin avtomobil tərəfindən vurulduğu ehtimal edilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR