Tereza Mey: "Böyük Britaniya dünyada yeni müsbət rol oynayacaq”

Tereza Mey: "Böyük Britaniya dünyada yeni müsbət rol oynayacaq”
# 13 iyul 2016 20:28 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqının tərkibindən çıxandan sonra Böyük Britaniya dünyada müsbət rol oynayacaq.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın yeni təyin olunmuş baş naziri Tereza Mey bəyan edib.

"Referendum bizi böyük dəyişikliklərlə üz-üzə qoyub. Biz bunu qəbul edərək, bütün çağırışlara layiqincə cavab verəcəyik. Avropa İttifaqını tərk etsə də, Böyük Britaniya dünyada yeni müsbət rol oynayacaq. Böyük Britaniya yalnız imtiyazlılar üçün yox, hər birimiz üçün mövcud olacaq”, deyə T.Mey bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR