Çin mayda Rusiyadan rekord həcmdə neft idxal edib

Çin mayda Rusiyadan rekord həcmdə neft idxal edib
# 21 iyun 2016 10:37 (UTC +04:00)

Bakı - APA-Economics. Çin mayda Rusiyadan neftin idxalını 1,24 mln. barel/sutkada çatdırıb ki, bu da tarixi maksimumdur.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Gömrük İdarəsinin açıqladığı statistikada qeyd edilib.

Ötən ay ərzində neft idxalı 2015-ci ilin may ayı ilə müqayisədə 33,7% çoxdur.

Bundan başqa, Çin mayda Səudiyyə Ərəbistanından idxalı 33,6% artıraraq 962 min barel/sutkada çatdırıb. İran isə may ərzində Çinə sutkada 619,3 min barel neft ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR