Rusiyada rüşvətə görə cərimələrin miqdarı azaldılıb

Rusiyada rüşvətə görə cərimələrin miqdarı azaldılıb
# 11 mart 2015 13:12 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyada rüşvətə görə kəsilən cərimələrin miqdarı azaldılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin rüşvət alan və rüşvət verənlərin sərt maddi sanksiyalarla cəzalandırılmasını nəzərdə tutan yeni qanunu layihəsini təsdiqləyib.


Rusiya Cinayət Məcəlləsinə edilən yeni dəyişikliyə görə, 25 min rubldan (413 dollar) az rüşvət alanlar həmin məbləğin 10 misli qədər cərimə olunacaqlar. İndiyə kimi bu cərimənin miqdarı rüşvətin 25 misli həddində idi. Rüşvət verənlərin cəzaları da rüşvətin 15 mislindən 3 mislinə endirilib.


Yeni qanuna görə, cərimələrin ödənilməsi üçün 30 günlük müddət 60 günə qədər uzadılıb.


Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının məlumatında Rusiya rüşvət indeksinə görə 175 ölkə arasında 136-cı yeri tutur. Korrupsiya ilə bağlı 2009-cu ilin məlumatında Rusiya iqtisadiyyatına dəyən zərərin illik miqdarı 300 mlrd. dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR