Azərbaycanda keçirilən velosiped turu ilə əlaqədar bağlanan yolların siyahısı açıqlanıb

Azərbaycanda keçirilən velosiped turu ilə əlaqədar bağlanan yolların siyahısı açıqlanıb
# 02 may 2013 12:02 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda keçirilən velosiped turu ilə bağlı respublika ərazisində bağlanan yolların siyahısı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turu ilə əlaqədar olaraq mayın 2-də Bakı-Abşeron-Qobustan-Şamaxı-İsmayıllı, mayın 3-də Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ, mayın 4-də Qəbələ-Şamaxı istiqamətlərində nəqliyyatın hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR