Əhməd Davudoğlu HDP həmsədrləri ilə görüşüb

Əhməd Davudoğlu HDP həmsədrləri ilə görüşüb
# 15 iyul 2015 15:33 (UTC +04:00)

Bakı – APA. Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının lideri Əhməd Davudoğlu bu gün Xalqların Demokratiya Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ ilə görüş keçirib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu parlamentdəki siyasi partiyalarla görüşlər çərçivəsində CHP və MHP-dən sonra HDP rəhbərləri ilə görüşüb. İki saat davam edəm görüş siyasi etika xətrinə keçirilib, çünki AKP-nin HDP ilə koalisiya formalaşdırmaq fikri yoxdur.

Qeyd edək ki, MHP də AKP ilə koalisiya yaratmayacağını açıqlayıb. Beləliklə, hökumətin qurulması üçün yeganə alternativ kimi AKP-CHP koalisiyasının formalaşdırılması qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR