Bakı. Etibar Məmmədov – APA. Bakının Nizami rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı və 4 p.m elektrik naqilləri yanıb.
Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub və yanğınsöndürənlər tərəfindən söndürülüb.