Azərbaycanlı tələbələr “Microsoft Imagine Cup” müsabiqəsinin finalına vəsiqə qazanıb

Azərbaycanlı tələbələr “Microsoft Imagine Cup” müsabiqəsinin finalına vəsiqə qazanıb
# 04 iyun 2015 13:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanlı tələbələrdən ibarət komanda ölkədə ilk dəfə keçirilən “Microsoft Imagine Cup” müsabiqəsinin nəticələrinə uyğun olaraq finalda iştirak etmək hüququ qazanıb.

APA-Economics” xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, “Microsoft Azerbaijan” şirkəti və “Nar”ın dəstəyi ilə keçirilən “Microsoft Imagine Cup” – dünya tələbələri arasında hər il keçirilən innovasiya müsabiqəsidir.

Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakı Dövlət Universiteti və Xəzər Universitetinin tələbələrindən ibarət olan qalib komandanı təbrik edib və bildirib ki, müsabiqənin mahiyyəti komanda şəklində iştirak edərək tələbə komandalarının informasiya kommunikasiya texnologiyaları proqram həllərinin ortaya qoyulmasından ibarətdir.

“Microsoft” şirkətinin təşəbbüsü olan “İmagine Cup” müsabiqəsi ilk dəfə olaraq Azərbaycanda keçirilib. Bu il ilk dəfə Azərbaycanda keçirilən bu müsabiqənin nəticələrinə uyğun olaraq Azərbaycan komandalarında biri Sietldə keçiriləcək dünya final mərhələsinə keçib. Onu da qeyd edək ki, 150 komanda arasında keçirilən bu seçimin 33 qaliblərindən biri də məhz Azərbaycan komandasıdır. Xüsusi qeyd edək ki, innovasiya nominasiyasında bizim bu komandanın təqdim etdiyi həllər 44 komanda arasında uğurlulardan sayılıb və final mərhələsinə keçib”, - deyə E. Vəlizadə bildirib.

Nazir müavini əlavə edib ki, Azərbaycan Şərqi Avropa və MDB məkanını təmsil edən 5 ölkədən biri olaraq finala qatılacaq.

“MDB məkanında yalnız Azərbaycan və Rusiya komandaları finalda iştirak edib. Bu komandamızın əldə etdiyi nailiyyət ölkə gənclərinin “start up” layihələrində olan uğurlarının təzahürüdür”, - deyə nazir müavini bildirib.

Nazir müavini qalib komandaya Rabitə Və Yüksək Texnologiyalar Nazirliyinin qrant ayıracağını da bildirib.

Qeyd edək ki, Bakı Dövlət Universiteti və Xəzər Universitetinin tələbələrindən ibarət olan “No Obs” komandası onurğa sütununun sağlamlığı üçün nəzərdə tutulan “Spinal” proqramını təqdim edib. Proqram oturaq işdə işləyən ofis işçiləri, rəqs və idman ilə məşğul olan insanlar üçün nəzərdə tutulub. İnsan belini və ya çiynini əydiyi halda ona xəbərdarlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR