İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb
# 14 iyul 2014 11:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinin istintaq təcridxanasına qadağan olunmuş vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.2.1 maddəsinə əsasən həbsdə saxlanılan şəxs Elsevər Elçin oğlu Quliyevin yanına qısamüddətli görüşə gəlmiş bibisi Nigar İman qızı Nuriyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman onun əl çantasının içərisində gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Sim” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR