Kürdəmir rayonunda yaşayış evi yanıb

Kürdəmir rayonunda yaşayış evi yanıb
# 18 noyabr 2015 06:07 (UTC +04:00)

Bakı-APA. Bu gecə Kürdəmir rayonunda yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Kürdəmir rayonu, Mollakənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR