Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalının açılış mərasimi keçirilib

Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalının açılış mərasimi keçirilib
# 20 aprel 2015 17:53 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

Mədəniyyət və turizm nazirinin müavini Ə. Vəliyev bildirib ki, festivalda avanqard musiqi nümunələri səslənəcək: "Festivalda Azərbaycanda səslənməyən əsərlər ifa olunacaq. Bu gün Qara Qarayevin işığına toplaşan, dünyanın müxtəlif ölkələrindən gələn musiqi xadimləri ən müxtəlif əsərlərlə çıxış edəcəklər".

Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayevin, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndirilib.

Festival çərçivəsində opera janrında XX əsrin sonlarında bəstələnmiş iki əsərin videonümayişi və Muzey Mərkəzində “XX-XXI əsrin vokal musiqisinin nəzəri problemləri” mövzusunda elmi-nəzəri konfransın da keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR