Qohumunu öldürən şəxsə hökm oxunub

Qohumunu öldürən şəxsə hökm oxunub
# 25 noyabr 2014 13:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elşən Vəliyadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Vəliyadov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, E. Vəliyadov qohumu Gülnarə Ağayevanı mənzilində boğaraq öldürüb.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR