DSX rəisi Elçin Quliyev Fransa səfirini qəbul edib - FOTO

DSX rəisi Elçin Quliyev Fransa səfirini qəbul edib - <span style="color: red;">FOTO
# 06 oktyabr 2015 12:07 (UTC +04:00)

Bakı - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev bu gün Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib.

DSX-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, general-polkovnik E.Quliyev dövlət sərhədində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədinin bir hissəsinin bu günədək işğal altında qalmasını qeyd edib, DSX-nin vəzifə və tapşırıqları haqqında məlumat verib.

DSX rəisi fəaliyyəti dövründə səfir Mönyenin Azərbaycan-Fransa arasında ikitərəfli münasibətlər, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayıb, birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş qarşılıqlı səfərləri, sərhəd nəzarəti üzrə tədbirləri xüsusi qeyd edib.

Səfir P.Mönye gələcək fəaliyyəti dövründə də mövcud əlaqələrin, o cümlədən sərhəd mühafizəsi üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Tərəflər Azərbaycan DSX ilə Fransa Respublikasının müvafiq qurumları arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR