“DəmirBank” pul köçürmələri ilə bağlı keçirdiyi kampaniyanın müddətini uzadıb

“DəmirBank” pul köçürmələri ilə bağlı keçirdiyi kampaniyanın müddətini uzadıb
# 08 dekabr 2014 08:17 (UTC +04:00)

Bakı - APA-Economics. “DəmirBank” təcili pul köçürmə xidmətləri üzrə “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyasının müddətini dekabrın 31-dək uzadıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, bankın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 15 000 rus rublu məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN/USD/EUR və ya 60 000 rus rublu olduqda müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Hədiyyə kampaniyası “DəmirBank” filiallarında həm pul göndərənlərə, həm də pul alanlara şamil edilir. Ölkədaxili “Şimşək” sistemi üzrə isə yalnız pul göndərənə mobil rabitə ödəmə kartı hədiyyə edilir.

“DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Bıstraya Poçta, Contact, Zolotaya Korona, Coinstar, Blizko, PrivatMoney sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. “DəmirBank” özünün Şimşək sistemi ilə isə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri göstərir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR