Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 15 iyun 2016 13:29 (UTC +04:00)

Bakı-APA. Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 13:50-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR