Azərbaycanın mənzil bazarında qiymətlər 10% artıb

Azərbaycanın mənzil bazarında qiymətlər 10% artıb
# 16 aprel 2015 08:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın mənzil bazarında qiymət indeksi 2015-ci ilin I rübündə 2014-cü ilin IV rübü ilə müqayisədə 3,5%, ötən ilin müvafiq rübünə nisbətən isə 10% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ilkin mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 4,8%, əvvəlki ilin müvafiq rübünə nisbətən 12,7%, təkrar mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 3,5%, əvvəlki ilin müvafiq rübü ilə müqayisədə isə 10% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR