Ötən ay Azərbaycanda icbari sığortaya cəlb olunan avtomobillərin sayı və sığorta haqlarının məbləği açıqlanıb

Ötən ay Azərbaycanda icbari sığortaya cəlb olunan avtomobillərin sayı və sığorta haqlarının məbləği açıqlanıb
# 02 oktyabr 2014 08:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında 74,936 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bunların 19,2 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6 mln. manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,2%, sığorta haqlarının məbləğində 5% artım müşahidə edilib.

Ümumilikdə bu ilin 9 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 688 mindən çox sığorta müqaviləsi bağlanılıb və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 51,7 mln. manat təşkil edib.

Bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,92%, sığorta haqlarının məbləğində isə 6,1% artım müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR