İndoneziyada 5,0 bal gücündə zəlzələ olub

İndoneziyada 5,0 bal gücündə zəlzələ olub
# 11 sentyabr 2014 03:19 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Qərbi Sumatra adasında, Tanax-Datar şəhərindən 14 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

Xatırladaq ki, 2009-cu ildə İndoneziyada qeydə alınan güclü zəlzələ nəticəsində min nəfərdən artıq, 2004-cü ildə baş verən zəlzələ və ondan sonra əmələ gələn sunami nəticəsində isə yüz minlərlə insan həyatını itirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR