Qaxda iki gün əvvəl ilanın sancdığı qadın xəstəxanada keçinib

Qaxda iki gün əvvəl ilanın sancdığı qadın xəstəxanada keçinib
# 30 may 2015 21:52 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ilan sancması ilə əlaqədar ağır vəziyyətdə Respublika Toksikologiya Mərkəzinə göndərilən Qax şəhəri, Cəfər Cabbarlı küçəsində yaşayan 1958-ci il təvəllüdlü Gülmira Qasım qızı Xinqalova may ayının 30-u orada keçinib.

Qeyd edək ki, Gülmira Xinqalova may ayının 28-i axşam saatlarında Qax rayonunda ailəsinə məxsus ot sahəsində işləyərkən onu ilan sancmışdı.

APA-nın məlumata görə, ötən gün Qax rayonu İlisu kənd sakini, 1998-ci il təvəllüdlü Toğrul Cəfər oğlu Vahabzadə rayonun Ağyazı kəndi ərazisində ot yığarkən ayağının daban hissəsindən ilan sancıb. 17 yaşlı Toğrul Vahabzadəyə Qax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakıya, Respublika Toksikologiya Mərkəzinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR