“Muğanbank” nizamnamə kapitalını artırır

“Muğanbank” nizamnamə kapitalını artırır
# 04 iyun 2015 14:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Muğanbank" ASC-nin adi sənədsiz adlı səhmləri dövlət qeydiyyatına alınıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, hərraca hər birinin nominal dəyəri 200 manat olan 23 471 ədəd səhm çıxarılacaq.

Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 4 mln. 694 min 200 manat və ya 10,36% artaraq 50 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR