Bank Of Baku

Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb

Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
# 16 sentyabr 2026 02:00 (UTC +04:00)

Rusiya son həftələr ərzində Ukrayna Prezidenti Volodimir Zelenskinin olduğu təyyarəyə iki dəfə hücum etməyə çalışıb.

Bunu Zelenski “CBS News” telekanalına müsahibəsində bildirib.

“Mənim prezident təyyarəm Moldovada idi və məhz buna görə onlar Moldovaya hücum etdilər. Biz evə, yenidən Kişinyov üzərindən qayıdarkən onlar eyni şeyi təkrarladılar”, – Zelenski deyib.

Ukrayna Prezidentinin sözlərinə görə, bu cür hərəkətlər Rusiyanın həm onu, həm də digər xarici ölkə liderlərini qorxutmağa yönəlmiş strategiyasının bir hissəsidir.

“CBS News” xatırladıb ki, bazar günü Rusiya PUA-sı Ukraynaya səfər edən xarici yüksəkvəzifəli şəxslərin olduğu sərnişin qatarına zərbə endirib. Qatarın sərnişinləri arasında Avropa İttifaqı rəhbərliyinin nümayəndələri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Devid Petreus da olub.

“Bəlkə onlar orada amerikalıların olduğunu bilmirdilər, yaxud əksinə, bilirdilər. Çünki mən onlara etibar etmirəm. Düşünürəm ki, bilirdilər. Qatarda avropalılar, amerikalılar, böyük nümayəndə heyəti var idi və onlar zərbə endirdilər”, – Zelenski bildirib.

Rusiya tərəfinin Zelenskinin bu iddialarına münasibəti barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR